Afrikanın ən güclüsü bəlli oldu

Afrika Millətlər Kubokunun qalibi məlum olub.

Komanda.az xəbər verir ki, həlledici oyunda turnirə ev sahibliyi edən Əlcəzair ilə Seneqal yığmaları üz-üzə gəlib.

Matçın əsas və əlavə vaxtı qolsuz bitib. Bu üzdən qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Seneqal yığması qitə çempionu olub.

Bir gün öncə baş tutan 3-cü yer uğrunda oyunda Madaqaskar yığması Nigeri 1:0 hesabıyla məğlub etmişdi.

Afrika Millətlər Kuboku
Final

4 fevral

Əlcəzair – Seneqal 0:0 (penaltilər 4:5)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button