Afrika Millətlər Kubokunun bütün iştirakçıları məlum olub

Afrika Millətlər Kubokunda iştirak edəcək bütün komandalar müəyyənləşib.

Komanda.az xəbər verir ki, son olaraq Kamerun və Namibiya final mərhələsinə vəsiqə qazanıblar.

Oktyabrın 12-də final mərhələsinin püşkatma mərasimi keçiriləcək. 24 iştirakçı hərəsində 4 komanda olmaqla 6 qrupa bölünəcək.

Afrika Millətlər Kubokunun bütün iştirakçıları: 

Nigeriya, Qvineya Bissau, Burkina Faso, Kabo Verde, Kamerun, Namibiya, Misir, Qvineya, Qana, Anqola, Əlcəzair, Tanzaniya, Mali, Qambiya, Fil Dişi Sahili, Zambiya, Konqo DR, Mavritaniya, Tunis, Ekvatorial Qvineya, Mərakeş, Cənubi Afrika, Seneqal, Mozambik.

Turnir 2024-cü il yanvarın 14-dən fevralın 11-dək Fil Dişi Sahilidə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button