Afrika Millətlər Kuboku: qrup mərhələsinə yekun vuruldu

Futbol üzrə Afrika Millətlər Kubokunda qrup mərhələsinin sonuncu turunun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.

A qrupunun lideri Misir millisi bu dəfə Uqandanı 2 cavabsız qolla məğlub edib. Qrupun digər matçında isə Konqo Zimbabveni 4 cavabsız qolla məğlub etsə də, ilk iki turda 4 xal toplamış Uqanda ikinci yerlə növbəti mərhələyə yüksəlib.

B qrupunda sürpriz nəticə qeydə alınıb. İlk dəfə qitə birinciliyində mübarizə aparmaq hüququ qazanan Madaqaskar, favoritlərdən sayılan Nigeriyaya 2 cavabsız qolla qalib gələrək qrupdan lider kimi çıxıb. Qvineya isə Burundini oxşar hesabla məğlub etməklə qrup üçüncülərindən biri kimi növbəti mərhələyə vəsiqə qazanmaq şansını saxlayıb.

İkinci oyun günündə daha iki qrupda mübarizəyə yekun vurulub. C qrupunun lideri Əlcəzair millisi bu dəfə Tanzaniyanı 3 cavabsız qolla məğlub edib və maksimum nəticəyə imza atıb. Seneqal isə Keniyanı oxşar hesabla üstələyib və qrup ikincisi kimi mərhələ adlayıb.

D qrupunda da itkisiz irəliləyən Mərakeş bu dəfə CAR üzərində minimal hesablı qələbə sayəsində maksimum nəticəyə imza atıb. Fil Dişi Sahili yığması isə Namibiyanı darmadağın edib və qrup ikinciliyinə nail olub.

Sonuncu oyun günündə E və F qruplarında sonuncu turun oyunları keçirilib. F qrupunda Qana yığması Qvineya Bisau üzərində inamlı qələbə qazanmaqla qrup lideri olub. Kamerun isə Beninlə qarşılaşmadan qolsuz heç-heçə ilə ayrılıb və qrup ikincisi kimi növbəti mərhələyə yüksəlib.

E qrupunda Mali Anqolanı minimal hesabla üstələyib və qrup mərhələsini ilk sırada tamamlayıb. Əvvəlki iki oyunundan heç-heçə ilə ayrılan Tunis isə bu dəfə də Mavritaniya ilə bərabərə qalıb və cəmi 3 xal toplamaqla qrup ikincisi kimi 1/8 finala yüksəlib.

Afrika Millətlər Kuboku

30 iyun

A qrupu

Uqanda – Misir 0:2
Qol
: Salah, 36. El Məhəmmədi, 45.

Zimbabve – Konqo 0:4
Qol
: Bolinqi, 4. Bakambu, 34; 65-pen. Assombalonqa, 78.

B qrupu

Burundi – Qvineya 0:2
Qol
: Yattara, 25; 52.

Madaqaskar – Nigeriya 2:0
Qol
: Nomenjanahari, 13. Andriamahitsinoro, 53.

1 iyul

C qrupu

Keniya – Seneqal 0:3
Qol
: Sarr, 63. Mane, 71; 78-pen.

Tanzaniya – Əlcəzair 0:3
Qol
: Slimani, 35. Ounas, 39; 45.

D qrupu

Namibiya – Fil Dişi Sahili 1:4
Qol
: Kamatuka, 71 – Qradel, 39. Die, 58. Zaha, 84. Korne, 89.

CAR – Mərakeş 0:1
Qol
: Bussufa, 90.

2 iyul

E qrupu

Anqola – Mali 0:1
Qol
: Haydara, 37.

Mavritaniya – Tunis 0:0

F qrupu

Benin – Kamerun 0:0

Qvineya Bisau – Qana 0:2
Qol
: Ayyu, 46. Tomas, 72.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button