Azərbaycan hakimləri Türkiyədə növbəti VAR seminarına qatıldılar

AFFA və TFF (Türkiyə Futbol Federasiyası) arasındakı qarşılıqlı əməkdaşlıq çərçivəsində Türkiyənin İstanbul şəhərində VAR (Video Köməkçi Hakim) protokolu ilə bağlı növbəti – üçüncü seminar keçirilib.

Komanda.az xəbər verir ki, dekabrın 27-dən 30-dək keçirilmiş seminarda Azərbaycan Premyer Liqasının oyunlarına təyinat alan baş hakimlər və hakim köməkçiləri, 1-ci divizionda fəaliyyət göstərən referilər, həmçinin “CBC Sport” telekanalının videooperatorları iştirak edib.

Türkiyəli təlimatçılar Barış Şimşek və Burçin Keskinin, həmçinin AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Stuxlikin iştirak etdiyi seminar ərzində nəzəri məşğələlərlə yanaşı praktiki təlimlər də təşkil olunub.

VAR sistemi ilə bağlı Türkiyədə ilk seminar noyabrın 2-dən 4-dək, ikinci seminar isə noyabrın 30-dan dekabrın 2-ə qədər təşkil olunmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button