
AFFA “Sabah”a xəbərdarlıq etdi
AFFA İntizam Komitəsi “Sabah” klubuna xəbərdarlıq edib.
Komanda.az xəbər verir ki, buna 12-ci turda “Şamaxı” ilə oyunda tamaşaçılar tərəfindən gətirilmiş və qadağan olunmamış əşyaların arenaya buraxılmaması səbəb olub.
“Sumqayıt”ın futbolçusu Rayan Senhaci isə 1 oyunluq cəza alıb. O, “Qarabağ”la görüşdə ikinci sarı vərəqəni alaraq meydandan qovulmuşdu. “Gənclik şəhəri” təmsilçisi ona görə 500 manat ödəməli olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



