AFFA rəsmisi UEFA-nın İsveçrədəki iclasında iştirak edib

Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA-nın Klubların Lisenziyalaşdırılması Komitəsinin növbəti iclasında üzv olaraq iştirak edib.

Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki qərargahında baş tutan iclasda aşağıdakı məsələlər müzakirə olunub:

– Klubların lisenziyalaşdırılması üzrə UEFA tərəfindən Milli Assosiasiyalara dəstək fəaliyyətləri;

– Klublara həmrəylik ödənişlərinin lisenziyalaşdırma sistemi ilə əlaqələndirilməsi;

– UEFA Maliyyə Davamlılığı qaydaları haqqında yeniliklər;

– UEFA-nın Klublara Maliyyə Nəzarəti Orqanının fəaliyyətini tənzimləyən prosedur qaydalarında dəyişikliklər;

– Avropa klublarının maliyyə və investisiyalarına dair UEFA-nın hesabatı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button