AFFA rəsmisi UEFA-dan təyinat aldı

AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA-dan təyinat alıb.

Komanda.az xəbər verir ki, o, Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək “Dinamo” (Tiflis, Gürcüstan) – “Astana” (Qazaxıstan) oyununda iş başında olacaq.

Məmmədov Boris Payçadze adına “Dinamo Arena”da baş tutacaq qarşılaşmada VAR sisteminin tətbiqi ilə bağlı təşkilatı işlərin koordinasiyası məqsədilə Tbilisiyə yollanacaq.

İyulun 19-da keçiriləcək “Dinamo” – “Astana” matçı Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Komandalar arasında Qazaxıstanda baş tutan ilk görüşdə 1:1 hesabı qeydə alınıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button