AFFA rəsmisi “Trabzonspor”un oyununa təyinat alıb

AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA-dan növbəti təyinat alıb.

Komanda.az. assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, Türkiyədə “Trabzonspor” və Macarıstanın “Ferentsvaroş” komandaları arasında keçiriləcək Avropa Liqasının qrup mərhələsinin VI tur oyununda UEFA Matç direktoru (UEFA Venue Director) qismində çalışacaq.

Qarşılaşma noyabrın 3-də Trabzon şəhərindəki “Şenol Güneş Spor Kompleksi”də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button