
AFFA rəsmisi FİFA-nın sammitinə qatılıb
AFFA-nın hüquq şöbəsinin rəisi Günay Zamanlı Braziliyanın Rio de Janeyro şəhərində keçirilən FİFA Komplayens Sammitində iştirak edir.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə FİFA-nın üzv assosiasiyalarında komplayens sistemlərinin gücləndirilməsi, etik prinsiplərin tətbiqi və beynəlxalq əməkdaşlığın inkişafı mövzusunda müzakirələr aparılır.
Günay Zamanlı sammit çərçivəsində beynəlxalq ekspertlərlə təcrübə mübadiləsi apararaq AFFA-nı bu sahədə təmsil edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



