
AFFA rəqib futbolçunu və hakimi təhqir edən baş məşqçilərin cəzasını açıqlayıb
AFFA Region Liqasında və U-10 Liqasında çıxış edən komandaların rəsmilərini 5 oyunluq cəzalandırıb.
Komanda.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
AFFA Region Liqasında keçirilən “Çinar Zəngilan” – “Xankəndi” matçı bitdikdən sonra meydan sahiblərinin adı protokolda qeyd edilməyən nümayəndəsi Anar Dünyamalıyev rəqib oyunçunu təhqir etdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 5 oyunluq diskvalifikasiya edilib.
AFFA U-10 Liqasında keçirilən “Azərbaycan Qartalları” – “Qarabağ” oyunu bitdikdən sonra qonaqların baş məşqçisi Şöhrət Yusifov hakimə kəskin formada etiraz etdiyinə, qeyri-etik ifadələrə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



