AFFA qalmaqallı oyunla bağlı qərarları açıqladı

Azərbaycan Premyer Liqasının 26-cı turunda keçirilən “Araz-Naxçıvan” – “Qarabağ” matçında baş verən qalmaqalla bağlı AFFA-nın qərarları açıqlanıb.

Komanda.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərarlar qəbul olunub.

Qarşılaşmanın 83-cü dəqiqəsində “Araz-Naxçıvan”ın futbolçusu Felipe Santos təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb. Futbolçuya 3 ay sınaq müddəti təyin olunub. Bununla yanaşı, klub 3000 manat cərimələnib.

“Araz-Naxçıvan” – “Qarabağ” oyununun 83-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev təcavüzkar davranışa cəhd etdiyinə görə 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb, “Qarabağ” 2000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

“Araz-Naxçıvan” – “Qarabağ” oyununun 83-cü dəqiqəsində “Qarabağ” futbolçusu Musa Qurbanlı təcavüzkar davranışa cəhd etdiyinə görə 1 oyun şərti olmaqla 2 oyun cəzalandırılıb, “Qarabağ” 2000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

“Araz-Naxçıvan” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Araz-Naxçıvan” klubu 800 manat cərimə edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button