AFFA “Qəbələ”ni cərimə etdi – diktora görə

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul edilib:

1-ci divizionun 10-cu turunun “Kəpəz-2” – “Zaqatala” oyununda “Kəpəz-2”nin 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün “Kəpəz-2” komandası 80 manat cərimə olunur.

“Kəpəz-2” – “Zaqatala” oyununda “Zaqatala” klubunun nümayəndəsi oyundan əvvəl iclasda iştirak etmədiyi üçün “Zaqatala” 80 manat cərimə olunur.

1-ci divizionun 10-cu turunun “Qəbələ-2” – “Mingəçevir” oyununda diktor əvəzetmələri elan etmədiyi üçün “Qəbələ-2” komandası 40 manat cərimə olunur.

“Qəbələ-2” – “Mingəçevir” oyununda matçın protokolunda nömrə səhvinə yol verildiyinə görə “Mingəçevir” klubuna xəbərdarlıq olunur.

1-ci divizionun 10-cu turunun “Turan Tovuz-2” – “Qaradağ Lökbatan” oyununda təcili tibbi yardım maşını oyuna təyin olunan vaxtdan gec gəldiyinə görə “Turan Tovuz-2” komandası 160 manat cərimə olunur.

 “Turan Tovuz-2” – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün “Qaradağ Lökbatan” 80 manat cərimə olunur.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button