
AFFA-nın vitse-prezidenti “Barselona”nın oyununa təyinat alıb
AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva növbəti təyinat alıb.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, qadınlar arasında UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində keçiriləcək “Barselona” (İspaniya) – “Bayern” (Almaniya) oyununun UEFA nümayəndəsi olacaq.
Oyun mayın 3-də, Barselona şəhərində yerləşən “Kamp Nou” stadionunda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



