AFFA-dan ayrılan mütəxəssisin yeni iş yeri bilindi

AFFA-nın sabiq texniki direktoru Bernhard Lippertin yeni iş yeri bilinib.

Komanda.az xəbər verir ki, alman mütəxəssis Qana Futbol Assosiasiyasında (GFA) çalışacaq. Bu barədə “ghanasoccernet.com” saytı məlumat yayıb.

Qana Futbol Assosiasiyasında texniki direktor olmaq üçün 100-dən çox mütəxəssis müraciət edib. Ancaq assosiasiya rəhbərliyi onların sadəcə 6-sı ilə görüş keçirib və nəticədə bu posta favorit Lippert olub. Tərəflər arasında şəxsi şərtlər razılaşdırıldıqdan sonra alman mütəxəssisin təyinatı rəsmən açıqlanacaq.

Lippert 2008-2020-ci illər aralığında AFFA-da çalışıb. O, Azərbaycanın U-21 və U-19 millisində baş məşqçi kimi də işləyib. AFFA bu ilin iyulunda müqaviləsinin müddəti başa çatan Lippertlə yeni sözləşmə imzalamayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button