AFFA mövsümün qaliblərini mükafatlandırdı

AFFA-nın təşkil etdiyi Yüksək qızlar Liqasında 2018/19 mövsümünə yekun vurulub.

Komanda.az xəbər verir ki, Sumqayıtın “Uğur” komandası liqanın qalibi olub. “Qubek” (Balakən) ikinci, 8 №-li İOEUGİM (Bakı) üçüncü pilləni tutub.

Bu gün Binə stadionunda keçirilmiş mükafatlandırma mərasimində komandalara mükafatları AFFA-nın Qadın Liqaları şöbəsinin rəhbəri Emin Cəfərov, Azərbaycan milli komandasının keçmiş üzvü Zaur Ramazanov və “Uğur” klubunun rəhbəri Vasif Maşayev təqdim ediblər.

Liqanın bombardiri rəqib qapılarından 48 qol keçirən Sona Rəhimova (8 №-li İOEUGİM) olub. Ən yaxşı qapıçı Nərgiz Əliyeva (“Keşlə”), ən yaxşı oyunçu Vüsalə Hacıyeva (“Qubek”) seçilib. “Feyr pley” mükafatı “Uğur” komandasının üzvü Vüsalə Seyfəddinovaya təqdim olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button