“AFFA ilə çox yaxşı danışığımız olub” – Yurçeviç hansı oyunları izləyəcək?

Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizəd Nikola Yurçeviçin izləyəcəyi Premyer Liqa matçları bəlli olub.

Komanda.az xəbər verir ki, bu barədə xorvatiyalı mütəxəssisin özü məlumat verib. O, deyib ki, bu gün saat 18:30-da start götürəcək “Sumqayıt” – “Qarabağ” və bazar günü saat 14:00-da başlayacaq “Neftçi” – “Keşlə” oyunlarına canlı baxacaq. (Report)

Yurçeviç “Bakıya gəlməyiniz AFFA ilə müqavilə bağlayacağınız anlamına gəlir” sualına belə cavab verib: “Sadəcə onu deyə bilərəm ki, AFFA ilə çox yaxşı danışığımız olub”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button