
AFFA final matçının Azərbaycanda keçirilməsi üçün özbəklərlə danışıq aparır
AFFA 20 yaşadək futbolçulardan ibarət dünya çempionatının final oyununun Azərbaycanda keçirilməsinin tərəfdarıdır.
Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev Qəbələdə keçirilən brifinqdə jurnalistlərə açıqlamasında deyib.
O, bu məsələ ilə bağlı Özbəkistan tərəfi ilə danışıqlar getdiyini bildirib:
“AFFA olaraq final matçının ölkəmizdə təşkilinin tərəfdarıyıq. Özbəkistanlı həmkarlarla danışıqlar davam edir”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



