
AFFA-dan “Lənkəran” və “Atletiko Baku”ya texniki məğlubiyyət
Futzal üzrə Yüksək Liqada çıxış edən “Lənkəran” komandası texniki məğlubiyyət alıb.
Komanda.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Bölgə təmsilçisi 15-ci turda U-19 komandası ilə oyuna təyin olunan vaxtda gəlmədiyi üçün bu halla üzləşib. Bu səbəbdən, “Lənkəran”a 0:5 hesablı texniki məğlubiyyət verilib.
Eyni hal futzal üzrə 1-ci liqada da yaşanıb. “Atletiko Baku” PFL-lə görüşə təyin olunan vaxtda getmədiyi üçün 0:5 hesablı texniki məğlubiyyət alıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



