AFFA-dan 15 300 manatlıq ianə

AFFA Qarabağ Dirçəliş Fonduna (QDF) 15 300 manat ianə edib.

Komanda.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Belə ki, AFFA və QDF arasında sentyabrın 13-də imzalanmış “Anlaşma Memorandumu”na əsasən, Azərbaycan yığmasının DÇ-2022-nin seçmə mərhələsində keçirildiyi bütün ev oyunlarında bilet satışı zamanı əldə olunan gəlirin 10 faizi Fondun bank hesabına köçürülüb.

Bu, sözləşmənin bağlandığı tarixdən sonra baş tutmuş qarşılaşmalara şamil edilib.