
AFFA bir neçə komandanı çempionatdan kənarlaşdırıb
AFFA U-10 Liqasında daha bir komanda çempionatdan kənarlaşdırılıb.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Azart” komandası turnirdən uzaqlaşdırılıb.
Buna komandanın “Sahil” ilə görüşdə təyin olunan vaxtda meydana çıxmaması səbəb olub. “Azart”a 0:3 hesabı ilə texniki məğlubiyyət verilib və bu hal üçüncü dəfə təkrarlandığından, liqadan kənarlaşdırılıb.
Eyni hal U-13 Liqasında da yaşanıb. Burada isə “Troya” ardıcıl üçüncü dəfə matçda iştirak etməyib. Onlar “Qarabağ”la qarşılaşmada meydanda olmayıblar.
U-11 Liqasında Ağcəbədinin “Olimpiya” komandası da yarışdan uzaqlaşdırılıb. Son olaraq Tərtərin “Ramal” komandası ilə matçı buraxan bölgə təmsilçisi ardıcıl üçüncü dəfə buna yol verib.
U-13 Liqasında “Atletiko Baku” “Modern”lə oyunda, U-13 Qızlar Liqasında isə “Gəncə”nin “Ümid” komandası “Kəpəz”lə yetərsay olmadığından, 0:3 hesablı texniki məğlubiyyət alıb.
Daha əvvəl U-10 Liqasında iki komanda turnirdən uzaqlaşdırılıb.
Bizi Facebook-da izləyin



