AFFA 2-ci liqa komandalarının futbolçularını cəzalandırıb

AFFA 2-ci Liqada çıxış edən “Dinamo” və “Ağdaş” klublarının futbolçularını cəzalandırıb.

Komanda.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

2-ci Liqada 25-ci turun ötən gün baş tutan “Ağdaş” – “Dinamo” matçının 88-ci dəqiqəsində qonaqların 55 nömrəli futbolçusu Əlisa İsayev qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb. Klub isə 200 manat cərimələnib. Həmçinin, 90+4-cü dəqiqədə “Ağdaş”ın futbolçusu Səbuhi Ağayev təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq diskvalifikasiya olunub. Klub isə futbolçusunun hərəkətinə görə, 300 manat ziyana düşüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button