AFFA 1 illik cəzalandırdığı oyunçuları bağışladı

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda Rashid Gholipour Tazehkandi, Amir Shojaei və Eshagh Soorghali tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilib.

Belə ki, AFFA İntizam Komitəsinin 20 may 2019-cu il tarixli qərarı ilə 17 may 2019-cu il tarixində baş tutan futzal üzrə Yüksək Liqanın “Araz” – “Xəzər Cənub” oyunundan sonra “Xəzər Cənub” komandasının futzalçılarının hakimə fiziki təsir göstərdiyinə cəzalandırıldığı 12 ay müddətin qalan hissəsi şərti hesab edilməklə futzalçılar cəzadan azad edilib.

Qalan müddət ərzində futzalçılar eyni əməllərə təkrar yol verəcəkləri halda cəzadan şərti olaraq azadetmə ləğv olunacaq və cəzanın çəkilməmiş hissəsi də üzərinə əlavə olunmaqla 12 ay müddətinə cəzalandırılacaqlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button