
AFFA 1-ci Liqa komandasına texniki məğlubiyyət verib
AFFA İntizam Komitəsi 1-ci Liqa təmsilçisi “Qaradağ Lökbatan”a texniki məğlubiyyət verib.
Komanda.az xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul olunub.
Belə ki, 20-ci turun “Cəbrayıl” – “Qaradağ Lökbatan” oyununda qonaq komandanın heyətində adları matçın protokolunda olmayan futbolçular meydana çıxıb. Bu səbəbdən, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
“Qaradağ Lökbatan” həmçinin 400 manat cərimələnib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



