AFF prezidenti milli komanda ilə görüşdü

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov dünya çempionatının əsas mərhələsi çərçivəsində oktyabrın 7-də Bakı İdman Sarayında Polşa yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti ilə görüşüb.

Komanda.az xəbər verir ki, AFF prezidenti komandanın üzvlərinə qarşıdakı oyunlarda ugurlar arzulayıb.

Millinin baş məşqçisi Joze Alesio Da Silva hazırlıqla və oyunçuların durumu ilə bağlı federasiya rəhbərinə məlumat verib.

Görüşdə AFF-nin vitse-prezidenti Elşən Abasov, menecer Eldəniz Yusubov da iştirak edib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button