AEL – “Qarabağ” matçının hakimləri bəlli oldu

“Qarabağ”ın Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində AEL-ə (Kipr) qarşı keçirəcəyi ilk oyunun hakim təyinatları açıqlanıb.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu qarşılaşmanı İsveçdən olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Qlenn Nyuberq olacaq. Ona yan xətt hakimləri Mahbod Beigi və Andreas Söderqvist kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Boyan Pandjiç yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 5-də Larnaka şəhərindəki “AEK Arena”da baş tutacaq bu oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.