Adil Şükürov: “Gələcək oyunlar üçün dərs çıxarmalıyıq”

“Kəpəz”in baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının 34-cü turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri səfər oyunundan sonra fikirlərini jurnalistlərlə bölüşüb.

Komanda.az xəbər verir ki, o, komandasının 1:5 hesablı məğlubiyyəti barədə bunları dilə gətirib:

“Məncə, çox danışılası bir şey yoxdur. Məğlub olduq. Bundan gələcək oyunlar üçün dərs çıxarmalıyıq. Sürətimiz çatmadı. Oyunun ilk hissəsində sürətli hücumlarla irəli çıxa bildik. Qol epizodları yaratdıq. İkinci hissədə sürətimiz düşdü. Buna görə də bu cür nəticə qeydə alındı”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button