Adı “Sabah”la hallanan hücumçu azad agentə çevrildi

“Sabah”ın maraq dairəsində olan Xese Rodriges Türkiyənin “Ankaragücü” komandasından ayrılıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı ispaniyalı hücumçu ilə müqavilə qarşılıqlı razılıq əsasında pozulub.

İspaniya “Real Madrid”i və Fransa PSJ-sinin keçmiş forvardının komanda yoldaşları ilə vidalaşdığı bildirilib.

“Real”ın yetirməsi olan Xese Rodriges ölkəsində “Las Palmas” və “Betis”, İngiltərədə “Stok Siti” və Portuqaliyada “Sportinq” kimi komandaların formasını geyinib. O, 2022-ci ildən oynadığı “Ankaragücü”ndə bu mövsüm ölkə çempionatı və kubokunda ümumilikdə 16 matçda meydana çıxıb, 5 qol vurub.

“Ankaragücü” digər oyunçularından Şahverdi Çətin, Nurullah Aslan, Alperen Babacan, Abdullah Durak, Oğuz Ceylan, Sinan Osmanoğlu ilə də yollarını ayırıb. Onlarla da müqavilələrə qarşılıqlı razılıq əsasında xitam verilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button