Oskardan “Barselona” ilə bağlı açıqlama

Adı “Barselona” ilə hallanan braziliyalı futbolçu Oskar açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Çinin “Şanxay Port” klubunda çıxış edən 30 yaşlı yarımmüdafiəçi, Kataloniya təmsilçisi ilə danışıqlar apardığını təsdiqləyib:

“Danışıqlar gedir. “Barselona” hazırda çətin dönəmlərdən keçir. Maliyyə problemlərinə görə bəzi oyunçular üçün lisenziya alına bilmir. Mən də öz klubumla danışmalıyam. Bəlkə də, mövsümün sonunda ayrılmaq daha yaxşı olar”.