ACF dan dərəcələri üzrə seminar və imtahan keçirəcək

Mayın 4-dən 8-dək Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə dan dərəcələri üzrə seminar və imtahan təşkil olunacaq.

Komanda.az xəbər verir ki, Milli komandaların Təlim-Məşq Mərkəzində baş tutacaq seminar və imtahan cüdo məşqçiləri üçün açıq olacaq

Namizədlərin 17 yaşdan yuxarı olması və qəhvəyi kəmərə sahib olması tələb edilir.

Federasiyadan bildirilib ki, tədbir Beynəlxalq Cüdo Federasiyasının Akademiyasında təhsil almaq, həmçinin məşqçi sertifikatlaşdırması üçün zəruridir. Əsas məqsəd dan sistemi üzrə məşqçilərin bilik və bacarıqlarının qiymətləndirilməsi və inkişaf etdirilməsidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button