AÇ-nin qalibi olan Azərbaycanın millisi mükafatlandırılıb

Polşada Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə keçirilmiş Avropa çempionatının qalibi olan Azərbaycan millisi mükafatlandırılıb.

Komanda.az xəbər verir ki, bu barədə Azərbaycan Atçılıq Federasiyasının (ARAF) mətbuat xidməti məlumat yayıb.

ARAF-nin prezidenti Elçin Quliyev milli üzvlərini qəbul edib.

Təltifetmə mərasimində qurum rəhbəri idmançılara göstərdikləri yüksək nəticəyə görə təşəkkür edib, Azərbaycan çövkəninin beynəlxalq arenalarda tanıdılması istiqamətində görülən işlərin və ARAF-nin dəstəyinin davamlı olacağını vurğulayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button