AÇ-nin ilk günündə 4 medal şansı

Aprelin 8-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində taekvondo üzrə böyüklər arasında Avropa çempionatına start veriləcək.

Komanda.az xəbər verir ki, yarışda 11 idmançı ilə təmsil olunan Azərbaycan yığmasının dörd üzvü ilk yarış günündə dayanq üzərinə çıxacaq.

Belə ki, kişilər arasında 54 kq çəki dərəcəsində Bəhruz Quluzadə və Pərviz İsgəndərov (58 kq), qadınlardan isə Minaya Əkbərova (46 kq) və Patimat Abakarova (49 kq) mübarizəyə aparacaq.