AÇ-də zədələnən Azərbaycan cüdoçusu 8 həftəlik sıradan çıxıb

Fransanın Monpelye şəhərində keçirilən böyüklər arasında Avropa çempionatının ilk yarış günündə kişilər arasında -60 kq. çəkidə mübarizə aparan cüdoçumuz Turan Bayramov Qamzat Zayrbekov ilə olan ilk görüşündə zədələnib.

Komanda.az xəbər verir ki, o, zədə almağına baxmayaraq görüşlərinə davam edib.

Yarışdan sonra aparılan müayinələr nəticəsində Turanın zədəsinin ciddi olduğu ortaya çıxıb və o, yaxın 8 həftə ərzində müalicə-bərpa mərhələsini keçəcək.

Turan millinin tibbi heyətinin qərarına əsasən 12 noyabrdan etibarən Yaponiyada keçiriləcək təlim-məşq toplanışında və 2-3 dekabrda keçiriləcək “Böyük Dəbilqə” turnirində iştirak edəcək heyətdən çıxarılıb.

Turan Bayramovun müalicəsinə dərhal başlanılıb və ən qısa zamanda sağalıb tatamiyə geri dönməsi üçün bütün lazımi tədbirlər görülür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button