AÇ: Azərbaycan millisindən daha 4 medal

Azərbaycanın yunan-Roma güləşçisi Məhəmməd Qasımzadə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatının qalibi olub.

Komanda.az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində yer alan idmançı finalda gürcüstanlı Avtandil Mamaladze ilə üz-üzə gəlib. Rəqibini tam üstünlüklə (9:1) yenən Qasımzadə qitə birinciliyinin qızıl medalını qazanıb.

Medal görüşünə çıxan digər təmsilçilərimizdən Hüseyn Savadov (45 kq) rumıniyalı Yonut Mereutaya qalib gələrək Avropa çempionatının bürünc mükafatını boynundan asıb.

Finalda mübarizə aparan Vədat Qasımlı (51 kq) və Davud Məmmədov (71 kq) isə “gümüş”lə kifayətləniblər. Vədat Anri Xozrevanidzeyə (Gürcüstan), Davud İbrahim Özdemirə (Türkiyə) uduzub.

Beləliklə, Azərbaycan yunan-Roma güləşi millisi qitə birinciliyini 2 qızıl, 5 gümüş, 1 bürünc medalla başa vurub.

Xatırladaq ki, daha əvvəl Fəraim Mustafayev (55 kq) bütün rəqiblərini məğlub edərək Avropa çempionu olub. Elvin İbadov (48 kq), Seymur Qasımov (65 kq) və İsmayıl Rzayev (80 kq) isə fəxri kürsünün ikinci pilləsinə yüksəliblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button