AÇ: Azərbaycan millisinin liderləri dayanq üzərinə çıxır
Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunmuş taekvondo üzrə Avropa çempionatı davam edir.
Komanda.az xəbər verir ki, üçüncü yarış günündə – bu gün daha üç idmançımız mübarizəyə qatılacaq.
Söhbət Fəridə Əzizova (67 kq), Ayxan Tağızadə (74 kq) və Milad Beigi Hərçəqanidən (80 kq) gedir.
Qadın idmançımız Fəridə Əzizova startda Natalia Yuleva (Belarus) – Elin Yohansson (İsveç) cütünün qalibi ilə qarşılaşacaq.
Ayxan Tağızadənin ilk rəqibi Atman Butuyak (Fransa) olacaq. Millimizin liderlərindən olan Milad Beigi Hərçəqani isə David Simek (Çexiya) – Aleksandr Filippov (İsrail) cütünün qalibi ilə qarşılaşacaq.
Xatırladaq ki, ilk iki yarış günündə mübarizəyə qoşulan idmançılarımızdan yalnız Minayə Əkbərova bürünc medal qazana bilib.
Bizi Facebook-da izləyin