AÇ-2025 bu ölkədə keçiriləcək

Qadın futbolçular arasında 2025-ci ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi edəcək ölkənin adı bəlli olub.

Komanda.az xəbər verir ki, qitə birinciliyi İsveçrədə keçiriləcək.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Qərar qitə futbol qurumunun İcraiyyə Komitəsinin Portuqaliyanın paytaxtı Lissabonda baş tutan iclasında qəbul edilib.

16 komandanın iştirak edəcəyi Avropa çempionatı 2025-ci ilin yayında İsveçrənin səkkiz məkanında təşkil olunacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button