AÇ-2024: Sloveniya millisinin ilkin heyəti açıqlanıb – SİYAHI

Sloveniya millisi 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatı üçün ilkin heyətini açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, genişləndirilmiş heyətə 30 futbolçu daxil edilib:

Qapıçılar: Yan Oblak (“Atletiko”, İspaniya), Vid Belek (APOEL, Kipr), İqor Vekiç (Vejle), Matevj Vidovşek (“Olimpiya”, Lyublyana);

Müdafiəçilər: Jan Karniçnik (“Çelye”), Mika Blaziç (“Lex”, Polşa), Jaka Bijol (“Udineze”, İtaliya), Erik Janza (“Qornik Zabrze”), Petar Stoyanoviç (“Sampdoriya”, İtaliya), Vanya Drkusiç (“Soçi”, Rusiya), David Brekalo (“Orlando Siti”, ABŞ), Jan Zaletel (“Viborq”), Jure Balkoveç (“Alanyaspor”, Türkiyə);

Yarımmüdafiəçilər: Timi Elşnik (“Olimpiya”, Lyublyana), Sandi Lovriç (“Udineze”, İtaliya), Adam Qnezda-Çerin, Benjamin Verbiç (hər ikisi “Panatinaikos”, Yunanıstan), Yon Qorenç-Stankoviç, Tomi Horvat (hər ikisi “Şturm”, Avstriya), Yasmin Kurtiç (“Zyudtirol”), Nino Juqel (“Bude-Qlimt”, Norveç), Miha Zayç (“Fənərbaxça”, Türkiyə), Adrian Zelkoviç (“Spartak”, Trnava);

Hücumçular: Yan Mlakar (“Piza”), Jan Vipotnik (“Bordo”, Fransa), Benjamin Şeşko (“Leyptsiq”, Almaniya), Andraz Sporar (“Panatinaikos”, Yunanıstan), Jan Selar (“Luqano”, İsveçrə), Luka Zahoviç (“Poqon”), Yosip İliçiç (“Maribor”).

AÇ-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Sloveniya millisi C qrupunda Danimarka, Serbiya və İngiltərə ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button