AÇ-2024: İsveç – Azərbaycan matçını qadın hakim idarə edəcək

İsveç və Azərbaycan milli komandaları arasında keçiriləcək AÇ-2024-ün seçmə mərhələ oyununun təyinatları məlum olub.

Komanda.az xəbər verir ki, görüş Fransadan olan qadın hakimə tapşırılıb.

Referi Stefani Frappara həmyerliləri Mikael Beşebru və Metyü Qrosbost laynsmanlar qismində köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Bastyen Deşepi yerinə yetirəcək.

Martın 27-də “Friends Arena”da keçiriləcək qarşılaşma saat 22:45-də başlayacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button