AÇ-2024-ün oyunu təxirə salındı – Müharibəyə görə

AÇ-2024-ün seçmə mərhələsinin İsrail – İsveçrə oyunu təxirə salınıb.

Komnada.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, təxirə salınan qarşılaşma noyabrın 15-də keçiriləcək. Qarşılaşmanın İsraildə keçirilməyəcəyi gözlənilir.

Oyunun təxirə salınması İsrail və Fələstin arasındakı müharibə ilə bağlıdır. Öncədən isə görüşün oktyabrın 12-də keçirilməsi nəzərdə tutulmuşdu.

İ qrupunda yer alan İsrail millisi İsveçrə və Rumıniyadan sonra qrupda üçüncü pillədədir. Həmin qrupda adıçəkilən millilərlə yanaşı, Belarus, Kosovo və Andorra da mübarizə aparır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button