AÇ-2024: Bu gün final mərhələsinin püşkü atılacaq

Bu gün 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinin püşkü atılacaq.

Komanda.az xəbər verir ki, Hamburqda keçiriləcək tədbir saat 21:00-da başlayacaq.

Pükşatmaya 21 milli komanda qatılacaq. Son üç vəsiqənin sahibi pley-off mərhələsindən sonra bəlli olacaq. A, B və C Yolundan gələcək yığmalar 4-cü səbətdə yer alacaqlar.

AÇ-2024 ,səbətlər

1-ci Səbət: Almaniya, Portuqaliya, Fransa, İspaniya, Belçika, İngiltərə

2-ci Səbət: Macarıstan, Türkiyə, Rumıniya, Danimarka, Albaniya, Avstriya

3-cü Səbət: Niderland, Şotlandiya, Xorvatiya, Sloveniya, Slovakiya, Çexiya

4-cü Səbət: İtaliya, Serbiya, İsveçrə, A Yolunda pley-off qalibi, B Yolunda pley-off qalibi, C Yolunda pley-off qalibi

Avropa çempionatı 14 iyun-14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button