AÇ-2024: Azərbaycan millisinin rəqibləri məlum oldu

Futbol üzrə 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.

Komanda.az xəbər verir ki, Almaniyanın Frankfurt şəhərindəki tədbirdə Azərbaycan millisinin də rəqibləri məlum olub.

Canni De Byazinin baş məşqçi olduğu komanda Belçika, Avstriya, İsveç və Estoniya ilə birlikdə F qrupunda mübarizə aparacaq.

Seçmə mərhələdə qruplarda ilk iki pilləni tutan milli komandalar birbaşa AÇ-2024-ün final mərhələsinə vəsiqə əldə edəcək. Qalan 3 vəsiqə isə seçmə mərhələdə öz qrupunda ilk iki pilləni tuta bilməyən, Millətlər Liqasında pley-offa vəsiqə qazanan 12 komanda arasında keçiriləcək oyunlarından sonra bəlli olacaq.

Almaniya yığması ev sahibi kimi birbaşa final mərhələsinə vəsiqə qazanıb. Bundestim A qrupunda yer alan bütün komandalarla təqvimə uyğun olaraq, ev-səfər prinsipi əsasında qarşılaşacaq. Rusiya isə diskvalifikasiya səbəbindən seçmə və əsas mərhələdən kənarda qalacaq.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button