AÇ-2022: Azərbaycan millisinin oyunlarının təqvimi açıqlandı

Gələn il yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək futzal üzrə Avropa çempionatının final mərhələsində iştirak edəcək Azərbaycan millisinin yer aldığı D qrupunun təqvimi müəyyənləşib.

Komanda.az xəbər verir ki, millimiz mübarizəyə yanvarın 22-də start verəcək.

Komandamız ilk matçını Gürcüstan yığmasına qarşı keçirəcək. İkinci oyunda ispanlarla üz-üzə gələcək komandamızın qrupdakı sonuncu rəqibi Bosniya və Herseqovina olacaq.

Futzal, AÇ-2022
D qrupu

22 yanvar, Qroningen
Gürcüstan – Azərbaycan
İspaniya – Bosniya və Herseqovina

26 yanvar, Qroningen
İspaniya – Azərbaycan
Bosniya və Herseqovina – Gürcüstan

29 yanvar, Amsterdam
Azərbaycan – Bosniya və Herseqovina
Gürcüstan – İspaniya

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button