“Qarabağ”ın futbolçusu millinin heyətindən çıxarıldı

AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya və Uelslə qarşılaşacaq Azərbaycan millisi ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, “Qarabağ”ın müdafiəçisi Rahil Məmmədov millinin heyətindən çıxarılıb. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Azərbaycan milli komandasının bu gün səhər keçirilmiş məşqi zamanı müdafiəçi Rahil Məmmədov köhnə zədəsini yenilədiyinə görə, komandanın həkiminin rəyinə və baş məşqçinin qərarına əsasən, millinin AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da Uels yığması ilə keçirəcəyi oyuna yollanan heyətdən çıxarılıb.

Azərbaycan millisi sentyabrın 6-da Uels, 9-da isə Xorvatiya ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button