AÇ-2020: “İtaliya təkcə bizim qrupun deyil, turnirin favoritidir”

AÇ-2020-nin qrup mərhələsinin ikinci turu çərçivəsində bu gün İtaliya ilə qarşılaşacaq İsveçrə milli komandasının baş məşqçisi Vladimir Petkoviç oyunla bağlı fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Petkoviç, İtaliya yığmasının turnirin favoriti olduğunu deyib:

“İtaliya təkcə bizim qrupun deyil, turnirin favoritidir. Biz onlara necə sürpriz edə bilərik deyə, düşünürük. Bunu edəcək keyfiyyətimiz var və etməliyik. Oyunu lehimizə çevirməyə çalışacağıq. Bəlkə, daha sürətli olsaq və son zərbələrdə dəqiq olsaq, yaxşı nəticə əldə edə bilərik.

İtaliya yığması 9 oyundur qol buraxmır. Bu, onların gücünü göstərir. Biz qol vuraraq, onlara problem yaratmaq istəyirik. Bu günə kimi böyük komandalara qarşı yaxşı oynamışıq. İnkişaf etmişik və daha da yaxşı olacağıq”.

Bu gün keçiriləcək İtaliya – İsveçrə oyunu saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button