Giqqz “Qarabağ”ın bazasında FOTOLAR

AÇ-2020-nin qrup mərhələsinin oyunlarını Bakıda keçirəcək Uels millisinin nümayəndə heyəti Bakıdadır.

Komanda.az xəbər verir ki, yığmanın baş məşqçisi Rayan Giqqz bu gün ilk olaraq Tofiq Bəhramov adına Respublika stadionu, daha sonra isə “Qarabağ”ın bazası və “Azərsun Arena”da olub. Bu barədə “köhlən atlar”ın “facebook” səhifəsi məlumat yayıb.

“Qarabağ”ın baş meneceri Asif Əsgərov tərəfindən “Mançester Yunayted”in əfsanəsinə adı yazılmış “Qarabağ” forması hədiyyə olunub. Giqqz sonda komandanın baş məşqçisi Qurban Qurbanovla da görüşüb və qısa fikir mübadiləsi aparıb.