AÇ-2020: Final matçının stadionu dəyişə bilər

AÇ-2020-nin final matçının ev sahibliyi İngiltərənin London şəhərindən alına bilər.

Komanda.az xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb. Xəbərdə, həlledici oyunun Macarıstanın Budapeşt şəhərində keçirilə biləcəyi qeyd olunub.

London rəsmiləri UEFA-ya “Uembli” stadionunda keçirilməli olan final oyununun dolu tribunalar önündə keçiriləcəyinə təminat verə bilməyəcəyi halda, qarşılaşma Budapeştdəki “Puşkaş Arena”da oynanılacaq. Macarıstan hökuməti azarkeşlərin sayı ilə bağlı məhdudiyyətin olmayacağına dair UEFA-ya zəmanət verib.

AÇ-2020-nin final matçı iyulun 11-də, “Uembli” stadionunda keçirilməlidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button