Rövnəq Abdullayev İnfantino ilə görüşdü

AÇ-2020-nin A qrupu çərçivəsində dünən, Bakı Olimpiya Stadionunda təşkil olunan İsveçrə – Türkiyə oyununu (3:1) izləmək üçün Bakıda səfərdə olan FİFA-nın prezidenti Canni İnfantino ilə AFFA-nın prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, görüşdə AÇ-2020-nin Bakıda təşkil olunan oyunları barədə fikir mübadiləsi aparılıb. FİFA-nın prezidenti təşkilati işlərlə bağlı məmnunluğunu bildirib.