AÇ-2020: İspaniya – Polşa matçının ən yaxşı oyunçusu açıqlandı

AÇ-2020-nin E qrupu çərçivəsində keçirilən İspaniya – Polşa matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Komanda.az xəbər verir ki, İspaniya yığmasının sol cinah müdafiəçisi Jordi Alba bu görüşün ən yaxşısı seçilib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 32 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının 1 xal qazanmasında pay sahiblərindən biri olub.

Qeyd edək ki, İspaniya – Polşa matçı 1:1 hesabıyla başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button