AÇ-2020: Fransa ilə oyunun ən yaxşı futbolçusu açıqlandı

AÇ-2020-nin 1/8 final mərhələsi çərçivəsində keçirilmiş Fransa – İsveçrə matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Komanda.az xəbər verir ki, İspaniya yığmasının yarımmüdafiəçisi Qranit Caka bu görüşün ən yaxşısı seçilib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının qələbə qazanmasında əsas pay sahiblərindən birinə çevrilib. İsveçrə millisinin üçüncü qolunun məhsuldar ötürməsini də məhz Caka verib.

Qeyd edək ki, Fransa – İsveçrə matçının əsas vaxtı 3:3 hesabıyla başa çatıb. Penaltilər seriyasında 5:4 hesabıyla qalib gələn isveçrəlilər 1/4 finala vəsiqə qazanıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button