“Messi bura oynamağa gəlsə, ayaqlarından öpərəm” – argentinalı futbolçu

ABŞ-ın “Dallas” klubunun futbolçusu Franko Xara açıqlama verib.

Komanda.az xəbər verir ki, 32 yaşlı hücumçu, “Barselona”nın kapitanı Lionel Messinin ABŞ-a gəlməsini gözlədiyini deyib:

“Messi bura oynamağa gəlsə, ayaqlarından öpərəm. Millidə olarkən belə futbolçularla oynamağa fürsət tapdım. Lakin Messi ilə üz-üzə gəlmək tamam başqadır. Zlatan İbrahimoviç, Qonsalo İquayn bura gəlib. Ümid edək ki, Messi də gələr”.

Karyerası ərzində Portuqaliyada “Benfika”, İspaniyada “Qranada”, Meksikada “Pauka”, Argentinada “Estudiantes” kimi klublarda çıxış edən Xara 2020-ci ilin yayından “Dallas”dadır. Hücumçu Argentina yığmasında 4 oyunda 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button