Abidal “Barselona”nın hədəfindəki hücumçuları açıqladı

İspaniyanın “Barselona” klubunun idman direktoru Erik Abidal transferlərlə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, hücumçu transferi ilə bağlı danışan klub rəsmisi, “Arsenal”ın futbolçusu Pyer-Emerik Obameyanqın mümkün keçidi ilə bağlı açıqlama verib:

“Obameyanqı tanıyıram, oyunun nəticəsinə təsir edən, “Arsenal” üçün vacib bir futbolçudur. Amma hücumçu transferi üçün yayı gözləmək daha məqsədəuyğundur. Luis Suaresin zədədən daha güclü şəkildə qayıdacağını bilirik, amma yayda başqa bir hücumçuya ehtiyacımızın olacağını da anlayırıq.

Transfer siyahımızda Olivye Jiru (“Çelsi”), Fernando Llorente (“Napoli”) və Obameyanq var, amma qışda transfer etməmək qərarına gəlmişik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button